Asif Kərimov: "Pis mahnı yazırsan, bir milyon baxış yığır"


"1970-ci illərdə bəstəkarlar arasında rəqabət daha çox keyfiyyət üzərində qurulurdu".
Bakıvaxtı.az xəbər verir ki, bunu bəstəkar və prodüser Asif Kərimov mətbuat konfransında deyib.
“Bir mahnı yazılırdı, gözəl bir mahnı. Digər bəstəkar düşünürdü ki, mən necə mahnı yazım ki, ondan da yaxşı olsun. Amma indi belədir: bir pis mahnı yazırsan, bir milyon baxış yığır. Dərhal deyirlər ki, daha pis mahnı yazın ki, iki milyon baxış olsun. Gedişat geriyədir. Əvvəllər yaxşılığa doğru idi, indi isə nə qədər pis edirsənsə, bir o qədər çox olur”.
Prodüser hesab edir ki, bu tendensiya musiqidə keyfiyyət rəqabətinin zəiflədiyini göstərir.
Zeynəb Rzayeva
