ASELSAN NATO EDGE 2026 sərgisində texnologiyalarını nümayiş etdirir


ASELSAN İzmir şəhərində keçirilən NATO EDGE 2026 tədbirində taktiki rabitə, peyk rabitəsi və komanda-idarəetmə sahələrindəki texnoloji həllərini təqdim edir.
Ordu.az xəbər verir ki, bu barədə ASELSAN-ın sosial media hesabında yayılan məlumatda bildirilib.
Şirkətin paylaşımında qeyd olunub ki, tədbir çərçivəsində NATO-nun Baş katibinin müavini Radmila Şekerinska, Ukraynanın Rəqəmsal Transformasiya naziri Oksana Ferçuk, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanının müavini general Con Strinqer, NATO-nun müdafiə sənayesi, innovasiya və silahlanma üzrə Baş katibinin müavini Tarja Yakola, həmçinin NATO Rabitə və İnformasiya Agentliyinin (NCIA) baş direktoru doktor Dilan Braun şirkətin stendində qəbul ediliblər.
ASELSAN tədbirdə taktiki rabitə, peyk rabitəsi və komanda-idarəetmə sahələrində hazırladığı texnoloji həlləri nümayiş etdirir.
Sevinc Əliyeva Ordu.az