Arvadını və 3 uşağını öldürüb intihar etdi

ABŞ-nin Florida ştatında kişi həyat yoldaşını və üç azyaşlı övladını güllələdikdən sonra intihar edib.
News24.az xəbər verir ki, bu barədə “Fox” telekanalı məlumat yayıb.
Hadisə Plant-Siti şəhərində baş verib.
Təcili yardım xidmətinə zəng daxil olsa da, çağırış istəyən şəxs operatorun suallarına cavab verməyib.
Təxminən 10 dəqiqə sonra hadisə yerinə gələn polis əməkdaşları giriş qapısından yerdə uzanmış uşağı görüblər və evə daxil olublar.
Evdə beş nəfərin meyiti aşkarlanıb. Onların arasında bir, üç və beş yaşlı uşaqlar da olub.
Məlumata görə, ailə təxminən bir il idi ki, həmin evdə yaşayırmış. Bu müddət ərzində ünvana polis çağırılmayıb və valideynlərin əvvəllər qanunla problemi olmayıb.
İstintaqçılar hələlik təcili yardım xidmətinə kimin zəng etdiyini və faciənin hansı səbəbdən baş verdiyini müəyyənləşdirə bilməyiblər.
Hadisə ilə bağlı araşdırma davam edir.