Badamdarda torpaq sürüşməsi təhlükəsi: Bir sıra evlər risk altındadır – GÖRÜNTÜLƏR


Bakının Badamdar qəsəbəsində torpaq sürüşməsi nəticəsində bir sıra fərdi yaşayış evləri təhlükə ilə üz-üzə qalıb. Ərazidə yaranan çatlar və çökmələr sakinlərin narahatlığını artırıb.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, Bakının Badamdar qəsəbəsinin 3-cü massivində torpaq sürüşməsi baş verib.
Sürüşmə nəticəsində ərazidəki bir sıra fərdi yaşayış evlərinin həyətlərində dərin çatlar və çökmələr yaranıb. Sakinlər torpaq sürüşməsi prosesinin son günlər daha da sürətləndiyini bildirirlər.
https://t.me/Ajansaz_official/8023
1 mənbə