“Arsenal” daha 3 futbolçu ilə müqaviləni yeniləməyə hazırlaşır


İngiltərə klubu “Arsenal” əsas futbolçularının komandadakı gələcəyini təmin etmək üçün müqavilə danışıqlarını davam etdirir.
Sportify.az xəbər verir ki, bu barədə “Telegraph” nəşri məlumat yayıb.
London təmsilçisi Deklan Raysla yeni müqavilə barədə razılıq əldə etdikdən sonra David Raya, Yurriyen Timber və Pyero Hinkapye ilə danışıqlarda da irəliləyişə nail olub.
İspaniyalı qapıçı David Raya ilə müqavilənin uzadılması barədə prinsipial razılıq əldə edilib. Hazırkı sözləşməsi 2028-ci ilin yayına qədər qüvvədə olan 30 yaşlı qolkiperin yeni müqaviləsinin müddəti hələ açıqlanmayıb.
“The Athletic” isə Yurriyen Timber və Pyero Hinkapyenin də “Arsenal”la yeni uzunmüddətli müqavilə imzalamağa yaxın olduğunu yazıb. 25 yaşlı Timberin hazırkı sözləşməsi 2028-ci ilə qədərdir. Baş məşqçi Mikel Arteta niderlandlı müdafiəçini komandada saxlamaq istəyir.
2025-ci ilin sentyabrında “Bayer Leverkuzen”dən icarəyə götürülən, daha sonra transferi rəsmiləşdirilən Pyero Hinkapye ilə bağlı da razılaşma əldə olunduğu bildirilir. 24 yaşlı ekvadorlu müdafiəçinin maaşının artırıldığı və müqaviləsinin daha bir il uzadılaraq 2032-ci ilə qədər qüvvədə olacağı qeyd edilir.
Qeyd edək ki, “Arsenal” Deklan Raysla da yeni müqavilə barədə razılığa gəlib. “The Guardian”ın məlumatına əsasən, 27 yaşlı yarımmüdafiəçi ilə sözləşmə 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Yeni anlaşmaya əsasən, onun həftəlik maaşının 300 min funt-sterlinqə çatacağı gözlənilir.
Dərc vaxtına görə
Sportify.azoxuduğunuz
“Arsenal” daha 3 futbolçu ilə müqaviləni yeniləməyə hazırlaşır
