“Arsenal”da yeni müqavilə
1sport.az1Sport.az

“Arsenal” İspaniya millisinin qapıçısı David Raya ilə müqavilənin müddətini uzatmağa hazırlaşır.
1Sport.az xəbər verir ki, jurnalist Fabritsio Romanonun məlumatına görə, tərəflər 2030-cu ilin yayına qədər qüvvədə olacaq yeni müqavilə ilə bağlı şifahi razılığa gəliblər. Yaxın zamanda sazişin rəsmiləşdirilməsi gözlənilir.
Qeyd edək ki, 31 yaşlı futbolçu 2023-cü ildə “Brentford”dan icarə əsasında “Arsenal”a keçib, bir il sonra isə London klubunun daimi futbolçusu olub.
1 mənbə
