Argentina millisində "10" nömrəli formanın yeni sahibi bəlli olur


İtaliyanın "Komo" (Como) klubunun formasını geyinən gənc yarımmüdafiəçi Niko Pas (Nico Paz) Argentina milli komandasında "10" nömrəli formanın yeni sahibi olmağa ən real namizəddir.
Fanat.Az "Radio La Red"ə istinadən xəbər verir ki, Lionel Messinin milli karyerasını başa vurmasından sonra boşalan əfsanəvi formanı məhz 22 yaşlı futbolçuya həvalə etmək planlaşdırılır.
Yığmanın təcrübəli qapıçısı Emiliano Martines (Emiliano Martínez, Emiliano Martinez) də komanda yoldaşına dəstək verərək onun bu məsuliyyətin öhdəsindən gələ biləcəyini vurğulayıb.
Martines açıqlamasında "Niko Pas Argentinanın 10 nömrəli formasını geyinmə məsuliyyətini daşıya bilər, bizə özünü lider kimi hiss edən oyunçular lazımdır" - deyə bildirib.
