Arda Gülər "Real"da 10,42 milyon avro qazanacaq


Madrid “Real"ının türkiyəli futbolçusu Arda Gülərin Madrid klubundakı yeni əmək haqqısı açıqlanıb. xatırladaq ki, türkiyəli futbolçu Madrid klubu ilə müqaviləsini 2032-ci ilədək uzadıb. İspaniyanın “La Razon” nəşri müstəqil futbol maliyyəsi və maaş bazası “Capology”yə istinadən futbolçunun qazancının iki dəfə artırıldığını yazıb. Məlumata görə, əvvəllər ildə 5,21 milyon avro maaş alan Arda Gülər yeni müqavilə ilə 10,42 milyon avro qazanacaq. Bildirilir ki, Ardanın bonuslar da daxil olmaqla illik gəliri 13,02 milyon avroya çata bilər.
Mətləb
