Arda Gülər daha 6 il “Real Madrid”də – RƏSMİ


İspaniyanın “Real Madrid” klubu Türkiyə millisinin futbolçusu Arda Gülərlə müqaviləni uzadıb.
Sportify.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni sözləşmə 2032-ci ilədək nəzərdə tutulub.
İmzalama mərasimində klub prezidenti Florentino Peres də iştirak edib.
Arda Gülər 2023-cü ilin iyulunda, 18 yaşında İspaniya nəhənginə qoşulub. O, Madrid təmsilçisinin heyətində indiyədək 126 oyuna çıxıb və 5 titul qazanıb. Bunlar Çempionlar Liqası, Klublararası dünya çempionatı, UEFA Superkuboku, La Liqa və İspaniya Superkubokudur.
Türkiyə millisinin üzvü olan futbolçu yığmanın heyətində 38 matç keçirib.
Qeyd edək ki, Arda Gülər ötən ilin sentyabrında 2025/2026 mövsümünün Çempionlar Liqasında “İlin ən yaxşı gənc futbolçusu” mükafatına layiq görülüb.
