İşsiz qaldı, yaşıl meydanı tərk etdi
Football-plus.azkenan


Layven Kurzava bir müddət işsiz qaldıqdan sonra peşəkar futbolçu həyatıyla bağlı qərar verib.Fransa yığmasının sabiq müdafiəçisi 34 yaşında karyerasını başa vurduğunu bəyan edib. Təcrübəli futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Monako”nun yetirməsi olan Layven karyerasının ən uğurlu dövrünü PSJ-də keçirib. Paytaxt komandası ilə 5 dəfə Fransa çempionluğu olmaqla ümumilikdə 18 titul qazanıb. Parisi tərk etdikdən sonra “Fulhem” (İngiltərə), “Boavişta” (Portuqaliya) və “Persib Bandunq”da (İndoneziya) çıxış edib. Kurzavanın milli komandada 13 oyuna 1 qol vurduğunu da xatırladaq.
