"Arcahan Mobilya" MMC-nin böyük miqdarda vetg borcu üçə çıxdı - FOTOFAKT


Ağsu rayonunda hüquqi qeydiyyatda olan "Arcahan Mobilya" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə xeyli məbləğdə vergi borcu var.
32gun.az-ın əldə etdiyi xəbərə görə, şirkətin hazırkı vergi borcu 62.095,26 AZN (62 min 95 manatdan çox) təşkil edir.
Dövlət qeydiyyatı göstəricilərinə əsasən, Ağsu rayonu, Qaraqaşlı kəndində hüquqi qeydiyyatda olan MMC-nin nizamnamə kapitalı 20 AZN, qanuni təmsilçisi isə Kamil Əflatun oğlu Hacıyevdir.
Reyestr tarixçəsindən məlum olur ki, şirkətin rəhbərliyində dəyişiklik baş verib. Belə ki, 9 iyun 2015-ci il tarixində Arif Əflatun oğlu Hacıyev ilə bağlı qeyd əks olunub, 13 oktyabr 2025-ci il tarixindən etibarən isə cəmiyyətə Kamil Əflatun oğlu Hacıyev rəhbərlik edir.
Ayaz
1 mənbə
