“Araz-Naxçıvan”ın legioneri zədəsini bərpa edib


Şriftin ölçüsü:
17.11.2026 17:41
Azərbaycan Premyer Liqasının XII turunda "Neftçi" ilə qarşılaşacaq “Araz-Naxçıvan” məşqlərini davam etdirir.
Futbolxeber.az saytının məlumatına görə, zədəli olduğuna görə ötən tur meydana çıxmayan futbolçulardan Alberto Fernandes məşqlərə başlayıb, Mustafa Əhmədzadə isə fərdi olaraq fiziki hazırlıq üzrə məşqçinin tapşırıqlarını icra edib.
Millinin düşərgəsində olan Ağadadaş Salyanski komandaya sabah qoşulacaq.
