"Ağdamlılar hər zaman torpaqlarına qayıdacaqlarına inanırdılar, bu inam gerçəkləşdi".
APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas Ağdam Şəhəri Günü ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, işğal dövründə xalqın ruhunu sındırmaq mümkün olmayıb: “Ağdamı heç vaxt işğal edə bilmədilər. Ağdamlıların, azərbaycanlıların ruhu daim azad olub. Hər zaman inanırdıq ki, bütün torpaqlarımızı geri qaytaracağıq və qaytardıq”.
Aqil Abbas hazırda Ağdamda həyatın yenidən canlandığını, sakinlərin doğma şəhərə qayıtdığını və tikinti-quruculuq işlərinin davam etdiyini qeyd edib.
