Antonio Tajani Bakıda yüksək səviyyəli görüşlər keçirəcək


Vətənim Media xəbər verir ki, İtaliyanın xarici işlər naziri Antonio Tajani yüksək səviyyəli görüşlər və Azərbaycan-İtaliya Biznes Forumunda iştirak etmək üçün Bakıya rəsmi səfər edib. Bu barədə İtaliya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tajani Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşəcək. Tərəflər siyasi əlaqələri, Cənubi Qafqazda sülh və iqtisadi inkişaf perspektivlərini, Azərbaycan-Ermənistan normallaşma prosesini və beynəlxalq məsələləri müzakirə edəcəklər.
Azərbaycan-İtaliya Biznes Forumunda iki ölkədən 240-dan çox şirkət və biznes assosiasiyasının nümayəndəsinin iştirakı gözlənilir. İtaliya XİN-in məlumatına görə, Azərbaycan İtaliyanın ikinci ən böyük neft, üçüncü ən böyük təbii qaz təchizatçısıdır; səfər çərçivəsində üçüncü ölkələrdə əməkdaşlıq barədə niyyət bəyannaməsinin imzalanması da nəzərdə tutulur.
Əsas mənbə: APA
