İran işıqları kəsməyə başlayır


İranda elektrik enerjisinin planlı şəkildə kəsilməsinə başlanılır.
Səbəb elektrik stansiyalarında yanacaq çatışmazlığı, istehlakın artması və enerji sisteminin sabit işinin təmin edilməsi ilə bağlı yaranan problemlərdir.
“Tavanir” dövlət şirkətinin bəyanatına əsasən, ilkin mərhələdə kəsintilər iki gündən bir 2 saata qədər davam edəcək. Lakin havaların soyuması və tələbatın daha da artması ilə əlaqədar bu məhdudiyyət rejimi gündəlik tətbiq oluna bilər.
Şirkət enerji resurslarının səmərəli bölüşdürülməsi və milli elektrik şəbəkəsinin qorunması üçün bu addımın zəruri olduğunu bəyan edib. Kəsintilərin qrafiki və əhatə edəcəyi rayonların siyahısı hələlik dərc olunmayıb.
Tariyel
