Anar Əliyev: İşlə təmin olunanların sayı 3,4 dəfə artıb


2026-cı ilin 11 ayında illik əsasda işlə təmin olunanların sayı 3,4 dəfə artıb. bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “İmkanlar və İnam”: Dövlət-Biznes Əməkdaşlığı Forumunda çıxışı zamanı deyib.
Nazir bildirib ki, hesabat dövründə özünüməşğulluq proqramına cəlb olunanların sayı 5,7 dəfə, peşə hazırlığına cəlb edilənlərin sayı 4,1 dəfə artıb.
Onun sözlərinə görə, sosial tərəfdaşlıq çərçivəsində kvota üzrə işlə təmin olunanların sayı 2,6 dəfə, əməkhaqqının birgə maliyyələşməsi proqramına cəlb olunanların sayı isə 3,5 dəfə yüksəlib.
Əliyev qeyd edib ki, Dövlət Məşğulluq Agentliyi il ərzində aktiv məşğulluq tədbirləri çərçivəsində 500 minə yaxın işsiz və işaxtaran şəxslə iş aparır.
Nazir əlavə edib ki, işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə işsizlikdən sığorta ödənişinin əlçatanlığı artırılıb.
Bildirilib ki, növbəti ildə bu ödənişlə əhatə olunanların sayı son illərlə müqayisədə 4 dəfədən çox artaraq 16 min nəfərə, bu məqsədlə ayrılan vəsait isə 10 dəfədən çox artaraq 36 milyon manata çatacaq. İşsizlikdən sığorta ödənişinin orta məbləği isə 2 dəfə artaraq 480 manat təşkil edib.
Dərc vaxtına görə
