Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlandı


Avstraliyanın Sidney Universitetinin alimləri yaddaş itkisini bərpa edən və Altsheymer xəstəliyinin inkişafını ləngidən burun damcıları hazırlayıblar.
Ölkə.az xəbər verir ki, yeni terapiya beyində neyronların sağ qalmasını təmin edən BDNF zülalının sintezini stimullaşdıran mRNT texnologiyasına əsaslanır.
Tədqiqatçıların sözlərinə görə, preparatın burun vasitəsilə yeridilməsi dərman maddələrinin beyinə keçməsinə mane olan qan-beyin baryerini cərrahi müdaxilə olmadan aşmağa imkan verir. Yaşlı və Altsheymer modeli tətbiq edilmiş laboratoriya siçanları üzərində aparılan sınaqlar göstərib ki, burun damcıları heyvanlarda öyrənmə qabiliyyətini, məkan yaddaşını və obyektləri tanıma funksiyasını əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq onların koqnitiv göstəricilərini gənc fərdlərin səviyyəsinə çatdırıb.
Alimlər qeyd edirlər ki, bu yanaşma beyindəki zərərli zülal yığıntılarını təmizləmək əvəzinə, birbaşa neyronların özünü gücləndirməyə və onlar arasındakı əlaqələri bərpa etməyə yönəlib. Gələcəkdə bu texnologiya insanlarda Altsheymer xəstəliyinin və digər neyrodegenerativ pozuntuların müalicəsində yeni istiqamət aça bilər.
Dərc vaxtına görə