Alperen Şengün zədələndi, geri dönüş vaxtı bilinmir


Türkiyəli mərkəz oyunçu Alperen Şengün "Hyuston Rokets"in "İndiana Peysers" üzərində qazandığı oyunda cəmi 14 dəqiqə meydançada qala bilib. Qarşılaşma zamanı ribaund uğrunda mübarizədə "İndiana Peysers"in forvardı Aaron Nesmit onun hər iki gözünə toxunub.
Offsideplus.az xəbər verir ki, oyundan sonra "Hyuston Rokets"in baş məşqçisi İme Udoka Şengünün sağ gözündə şişkinlik, sol gözündə isə buynuz qişada cızıq yarandığını açıqlayıb. Alperen Şengünün nə vaxt meydana qayıdacağı hələlik məlum deyil.
