Almaniyadan gələn nəqliyyat vasitəsində bəyan edilməyən mallar aşkarlanıb


CƏMİYYƏT
22
20.11.2026, 11:36
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks gömrük nəzarət tədbirləri nəticəsində gömrük orqanına bəyan edilmədən ölkə ərazisinə gətirilən mallar aşkar olunub.
Oxu24.com bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Belə ki, İdarənin “Qırmızı Körpü” gömrük postunda Almaniyadan Azərbaycana gələn nəqliyyat vasitəsinə baxış keçirilib və şübhəli hallar müşahidə olunub.
Aparılan gömrük yoxlaması zamanı nəqliyyat vasitəsindən gömrük orqanına bəyan edilməyən dərman, vitamin, spirtli içki və siqaretlərdən ibarət 39 adda xeyli sayda mallar aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Həmçinin oxuyun
Digər xəbərlər
Dərc vaxtına görə
