Bakıda avtobusda insident: VİDEO


Bakı şəhəri, Yasamal rayonunda sərnişin avtobusun şüşələrini sındırıb və qaçıb.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında qeydə alınıb.
Belə ki, 99-JP-013 dövlət nömrə nişanlı 65 saylı marşrut avtobusunda sərnişin sürücüdən nəqliyyat vasitəsini dayanacaqdan kənarda saxlamağı tələb edib.
Sürücü avtobusu qarşıdakı dayanacaqda saxlayacağını bildirsə də, sərnişin tələbində israrçı olub.
O, avtobusun salonunda quraşdırılmış, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsus elektron ödəniş cihazına və avtobusun ön qapısının şüşəsinə zərər vurub. Sərnişin avtobusun qapısında yerləşən şüşəyə təpik atıb və hadisə yerindən uzaqlaşıb.
Hadisə avtobusda quraşdırılmış müşahidə kamerası vasitəsilə anbaan qeydə alınıb.
Görüntünü təqdim edirik:(oxu.az)
https://t.me/Ajansaz_official/8013
1 mənbə
