Almaniya millisinin kapitanı: "Daha çox qol vura bilərdik"


Millətlər Liqasının qrup mərhələsində Serbiya yığmasını 3:1 hesabı ilə məğlub edən Almaniya millisinin kapitanı və yarımmüdafiəçisi Yozua Kimmix matçdan sonra açıqlama verib.
Offsideplus.az xəbər verir ki, təcrübəli futbolçu matçın üstünlükləri barədə danışıb:
"Birinci hissə çox keyfiyyətli alındı, əla futbol sərgilədik. Fasilədən sonra oyun bir qədər sərt və gərgin oldu, həmçinin qazon ağırlaşdı. Daha çox qol vura bilərdik, amma ümumilikdə çox güclü çıxış etdik. Matçın demək olar ki, hamısı serblərin yarımsahasında keçdi".
