Alimlər beyin xərçəngi hüceyrələrinin yayılma mexanizmini aşkar ediblər


18 Noyabr 2026 12:48
365
DÜNYA
Canlı beyin toxumasında qlioblastoma hüceyrələrini izləyən alimlər onların hərəkət istiqamətlərini sürətlə dəyişdirmək qabiliyyətinə malik olduğunu müəyyən ediblər.
AZƏRTAC xəbər verir ki, “Nature Communications” jurnalında dərc olunan tədqiqat Uppsala Universitetinin alimləri tərəfindən aparılıb. Tədqiqatçılar “GlioTrace” adlı yeni metod hazırlayıblar. Süni intellekt və avtomatlaşdırılmış mikroskopiya texnologiyalarını birləşdirən bu üsul minlərlə xərçəng hüceyrəsinin canlı beyin toxumasında hərəkətini izləməyə imkan verir. Bu kəşf beyin xərçənginin ən aqressiv formalarından biri olan qlioblastomanın müalicəsində qarşıya çıxan çətinlikləri daha yaxşı anlamağa imkan yaradır.
Tədqiqat çərçivəsində altı pasiyentdən götürülmüş qlioblastoma hüceyrələri siçanların beynində yetişdirilib. Daha sonra beyin toxumaları nazik dilimlərə ayrılaraq beş gün ərzində müşahidə edilib. Nəticələr göstərib ki, qlioblastoma hüceyrələri beyində eyni şəkildə yayılmır. Bəzi hüceyrələr qan damarları boyunca hərəkət edir, digərləri isə ətraf toxumalara sərbəst şəkildə yayılır. Alimlər, həmçinin eyni hüceyrənin bir neçə gün ərzində hərəkət istiqamətini və formasını dəyişə bildiyini aşkar ediblər.
Tədqiqat zamanı xərçəngə qarşı iki dərman maddəsinin şiş hüceyrələrinin hərəkətini və yayılmasını azaltdığı müəyyənləşib. Lakin dərmanların təsiri müxtəlif pasiyentlərdən əldə edilmiş şiş nümunələrində fərqli olub. Digər təcrübələr isə şüa terapiyası və kimyaterapiyanın birgə tətbiqindən sonra bəzi yüksək invaziv hüceyrələrin payının arta biləcəyini göstərib. Alimlər həmin hüceyrələrin müalicəyə davamlılığı və xəstəliyin təkrarlanmasındakı rolu ilə bağlı əlavə araşdırmalara ehtiyac olduğunu bildiriblər.
Tədqiqatçılar hesab edirlər ki, “GlioTrace” metodu şiş hüceyrələrinin davranışını, ətraf toxumalarla qarşılıqlı əlaqəsini və müalicəyə reaksiyasını daha dərindən öyrənməyə kömək edəcək. Bununla belə, yeni texnologiya hazırda yalnız laboratoriya tədqiqatlarında istifadə olunur və pasiyentlərin müalicəsi ilə bağlı klinik qərarların qəbulunda tətbiq edilmir.
Digər Xəbərlər
Faydalı linklər
ÇOX OXUNANLAR
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
TƏQVİM / ARXİV
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu. Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu. Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir! Hələ də dünyada ədalətsizliklər mövcuddur! Hələ də dünyada ikili standartlar var! Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir! Odur ki, biz daima güclü olmalıyıq. Güclü olmağın əsas şərti isə bizim birliyimizdir! Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq. Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq. Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik. Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir. Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!
Dərc vaxtına görə
Azərbaycan qəzetioxuduğunuz
Alimlər beyin xərçəngi hüceyrələrinin yayılma mexanizmini aşkar ediblər