Alfonso Devis karyerasında 18-ci dəfə zədələndi


Kanada millisinin və "Bavariya Münhen"in müdafiəçisi Alfonso Devis KONKAKAF Millətlər Liqasının 1/4 final mərhələsində Qvatemalaya qarşı keçirilən oyunda zədələnib.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı futbolçu qarşılaşmanın 5-ci dəqiqəsində öz cərimə meydançasında sürüşərək yıxılıb. Devis oyunu davam etdirməyə çalışsa da, az sonra əvəzetmə istəyib və meydanı özü tərk edib.
Kanada millisinin baş məşqçi köməkçisi Mauro Byello bildirib: "Hazırda bilirik ki, söhbət aşağı ətrafların zədəsindən gedir. Yaxın günlərdə müayinədən sonra zədənin nə dərəcədə ciddi olduğu məlum olacaq".
Transfermarkt-ın məlumatına görə, bu, Devisin karyerasında 18-ci zədəsidir. O, 2025-ci ilin martında dizində çarpaz bağların qopması səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalıb və sonradan dəfələrlə əzələ zədələri ilə üzləşib. 2026-cı il dünya çempionatında da Devis demək olar ki, sağlamlıq problemlərinə görə oynamayıb. Futbolçunun bərpa müddəti hələlik açıqlanmayıb.
