Alen Simonyan Azərbaycana səfər edəcək
Zəfər.mediaLalə Qurbanlı


Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan dekabr ayında Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib.
Zefer.media xəbər verir ki, onun sözlərinə görə, daha əvvəl Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistana səfər edib, indi isə cavab səfəri Azərbaycanda baş tutacaq.
Görüş zamanı texniki məsələlərin və əməkdaşlığın müzakirə olunması planlaşdırılır.
