AKP sədr müavininin oğlu istintaq çərçivəsində ifadə verib


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Hayati Yazıcının oğlu Mustafa Yazıcı fond bazarı ilə bağlı aparılan istintaq çərçivəsində ifadə verməyə çağırılıb.
Gunxeber.Az xəbər verir ki, Mustafa Yazıcı ifadə vermək məqsədilə İstanbul Ədliyyə Sarayına gedib.
İstanbul Respublika Baş Prokurorluğunun fond bazarında həyata keçirilən əməliyyatlarla bağlı başlatdığı istintaqın davam etdiyi bildirilir.
Mustafa Yazıcının da həmin araşdırma çərçivəsində ifadəsinin alınması nəzərdə tutulub.
Qeyd edək ki, daha əvvəl Mustafa Yazıcının sahibi olduğu “Adil Varlık Yönetim” şirkətinə qəyyum təyin edilib.
Xəbərlərimizi Google-da izləyin Yeniliklərdən dərhal xəbərdar olun
02:00
01:30
00:15
23:15
16:14
05:30