Ağır təyyarə QƏZASI-SAĞ QALAN YOXDU


ABŞ-nin Arizona ştatında, Böyük Kanyon Milli Parkı ərazisində baş verən təyyarə qəzası nəticəsində üç nəfər həyatını itirib.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, “Piper Comanche” tipli təyyarənin qalıqları Milli Park Xidmətinin (NPS) əməkdaşları tərəfindən noyabrın 16-da aşkarlanıb.
Qurumun rəsmi saytında yayılan məlumata görə, təyyarənin qalıqları yerli vaxtla saat 10:15 radələrində Basin adlanan ərazidə tapılıb. Qəza nəticəsində sağ qalan olmayıb.
Məlumata görə, təyyarənin itkin düşməsi barədə xilasedicilərə noyabrın 15-də axşam saatlarında məlumat verilib. Təyyarənin sonuncu dəfə Böyük Kanyonun şimal kənarı yaxınlığında olduğu qeydə alınıb.
Axtarış-xilasetmə əməliyyatı zamanı termal görüntüləmə və gecə görmə cihazlarından istifadə olunub.
Qəzanın başvermə səbəbləri araşdırılır.