Ağır qəza: Xəsarət alanlar var


Kürdəmirdə iki avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, hadisə zamanı rayonun Çöhranlı kənd sakini, 1995-ci il təvəllüdlü Elçin Eynulla oğlu İbrahimovun idarə etdiyi “Nissan” markalı avtomobillə Ağdaş şəhər sakini Anar İntiqam oğlu Cəfərovun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub.
Qəza nəticəsində hər iki sürücü, həmçinin “Mercedes”in sərnişinləri – Gəncə şəhər sakinləri, 2007-ci il təvəllüdlü Pərişan Vasif qızı Tağıyeva və 2025-ci il təvəllüdlü İlqar Vüqar oğlu Tağıyev xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır. (apa)
Dərc vaxtına görə
