Ağdamda Şəhər Günü münasibətilə silsilə tədbirlər keçirilir


8 mənbə əsasında
Noyabrın 20-də Ağdam Şəhəri Günü münasibətilə rəsmi şəxslərin, hərbçilərin və sakinlrin iştirakı ilə silsilə ictimai-mədəni tədbirlərə start verilib. Bayram tədbirləri Qarabağ atlarının şəhər küçələrindən İmarət Kompleksinə doğru yürüşü ilə başlayıb və gün ərzində yarmarkalar, sərgilər, eləcə də konsert proqramı ilə davam edəcək. Ağdam rayonu 2020-ci il noyabrın 20-də hərbi əməliyyatlar aparılmadan azad olunub və həmin tarix Prezidentin sərəncamı ilə Şəhər Günü kimi təsis edilib.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Ağdamda Qarabağ atlarının yürüşü başladı - FOTO
20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə silsilə tədbirlərə start verilib. Bakıvaxtı.az xəbər verir ki, Ağdam Şəhəri Günü Qarabağ atlarının şəhər küçələrindən İmarət Kompleksinə doğru yürüşü ilə başlayıb. Sakinlər və qonaqlar yürüşü sevinc, qürur hissi və maraqla izləyərək alqışlayıblar. Gün ərzində İmarət Kompleksində təşkil olunan yarmarkada yerli istehsalçılar və sahibkarlar tərəfindən müxtəlif məhsullar təqdim ediləcək. İmarət Kompleksində, həmçinin Qarabağ atlarının şousu, DJ çıxışı, maskotların iştirakı, “Qarabağ mətbəxinə dad səyahəti” və canlı milli musiqi proqramı da nəzərdə tutulub. Ağdam Şəhəri Günü münasibətilə Muğam Mərkəzində incəsənət sərgisi və rəsm üzrə ustad dərsləri, minikonsert proqramı və Ağdam şəhəri haqqında sənədli film, Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə “Göyçək Fatma” tamaşası nümayiş olunacaq. Gün ərzində davam edəcək silsilə tədbirlər qala-konsert proqramı və atəşfəşanlıqla yekunlaşacaq. Qeyd edək ki, Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış, Ermənistanın kapitulyasiyası sayılan üçtərəfli bəyanata əsasən, Ağdam rayonu hərbi əməliyyatlar aparılmadan və itki verilmədən 2020-ci il noyabrın 20-də geri qaytarılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Ağdam şəhərinin işğaldan azad edildiyi gün - noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd olunur.
Tam oxu Bakivaxti.az saytındaDərc vaxtına görə
