Ağdam şəhərində ilk dəfə olaraq Şəhər Günü rəsmi şəkildə qeyd olunur


7 mənbə əsasında
Azərbaycanın Ağdam şəhərində ilk dəfə Şəhər Günü münasibətilə bayram tədbirləri təşkil olunub. Prezidentin 2023-cü il tarixli sərəncamına əsasən noyabrın 20-si Ağdam Şəhəri Günü elan edilib. Mədəniyyət Nazirliyi və xüsusi nümayəndəliyin təşkilatçılığı ilə keçirilən bayram çərçivəsində "İmarət" kompleksində Qarabağ atlarının şousu göstərilib, hərbi orkestrin və rəqs ansamblının çıxışları təqdim olunub.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Ağdamda ilk dəfə Şəhər Günü qeyd olunur
Ajans.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, Ağdam şəhərinin işğaldan azad edildiyi gün – noyabrın 20-si Ağdam Şəhəri Günü elan olunub.Noyabrın 20-də Ağdam şəhərində ilk dəfə Şəhər Günü münasibətilə silsilə tədbirlər keçirilir. Yenidən qurulan və sakinlərinin mərhələli şəkildə qayıdışının təmin olunduğu Ağdam şəhərində əsl bayram ab-havası yaşanır.Mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirlər çərçivəsində "İmarət" Tarix-Memarlıq Muzey Kompleksində Qarabağ atlarının şousu təqdim edilib.Tədbirdə hərbi orkestrin ifasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından musiqi nömrələri səsləndirilib, rəqs ansamblının çıxışları nümayiş olunub. Həmçinin süvarilər dəstəsinin Qarabağ atları üzərində göstərdiyi nümunəvi çıxışlar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tam oxu Ajans.az saytındaDərc vaxtına görə
