Ağdam rayonunun tarixi və işğal dövründə məruz qaldığı dağıntılar barədə


9 mənbə əsasında
Milli Məclisin deputatı Cavanşir Feyziyevin məqaləsində Ağdamın qədim tarixi, sovet dövründəki inkişafı və 1993-cü ildə erməni təcavüzü nəticəsində məruz qaldığı işğal faktları qeyd olunur. Mətnə görə, 1993-cü ilin 23 iyul tarixinə qədər rayonun böyük bir hissəsi zəbt edilib, nəticəsində minlərlə insan həlak olub və yüz minlərlə sakin doğma yurdunu tərk edib. BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinə baxmayaraq, otuz ilə yaxın davam edən atəşkəs dövründə bölgənin bütün infrastrukturu dağıdılıb və təsərrüfatı məhv edilib.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Ağdam: yeni dövr, yeni hədəflər
Cavanşir FeyziyevMilli Məclisin deputatıƏrazisində minilliklərin tarixini yaşadan Ağdam ölkəmizin ən qədim insan məskənlərindən biridir. Təxminən iki yüz il əvvəl Pənahəli xanın ağ daşdan inşa etdirdiyi mülkün rəngi ilə bağlı Ağdam adlandırılmış bu şəhər elmi-arxeoloji ədəbiyyatda Qafqazın ilk şəhər tipli yaşayış məskəni və ən zəngin tarixi abidələri olan yerlərdən biri kimi tanınmışdır.1930-cu ildə inzibati-ərazi vahidi yaradılmış Ağdam rayonu sovet dövründə də Azərbaycanın iqtisadi cəhətdən inkişaf etmiş mədəni mərkəzlərindən biri omuşdur. Sovet ittifaqının süqutu ilə eyni vaxtda başlanan erməni təcavüzü Qarabağın iqtisadi-ticari mərkəzi kimi tanınmış Ağdamdan da yan keçməmiş və 1993-cü ilin 23 iyul tarixinə qədər rayonun 73%-i işğal olunmuşdu. İşğal nəticəsində 6 mindən artıq insan öldürülmüş, 128 min nəfər öz doğma yurdlarını tərk etməyə məcbur olmuşdular. İşğaldan demək olar ki, dərhal sonra BMT Təhlükəsizli Şurasının qəbul etdiyi 853 saylı qətnamə “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edildi. Lakin erməni işğalçıları bu ərazilərdən çıxmağı yox, daha çox əraziləri işğal etməyi hədəfləmişdilər. 1993-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs əldə edilsə də ermənilər işğal etdikləri əraziləri talan etməkdə davam edir və bu ərazilərdə Azərbaycanlıların izlərini silməyə çalışırdılar. 30 ilə yaxın davam etmiş atəşkəs dövründə rayonun bütün infrastrukturu və yaşayış məntəqələri tamamilə dağıdılmış, meşələr yandırılmış və ekoloji terror həyata keçirilmişdi. 44 gün davam etmiş Vətən müharibəsi nəticəsində ağır məğlubiyyətə uğramış Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərərəfli Bəyannamə ilə Ağdam rayon ərazisini 20 noyabr tarixinə qədər Azərbaycana təhvil vermək öhdəliyi götürmüşdü. Rayon ərazisi döyüşsüz təslim edildikdən sonra görülən mənzərə o qədər dəhşətli idi ki, xarici jurnalistlər Ağdamı “Qafqazın Xirosiması” adlandırmışdılar. Onu “Ruhlar şəhəri” adlandıranlar
Tam oxu Sabahinfo.az saytındaDərc vaxtına görə