Ağdam Şəhəri Günü münasibətilə Muğam Mərkəzində konsert təşkil olunub


8 mənbə əsasında
Noyabrın 20-də Ağdam Şəhəri Günü çərçivəsində Ağdam Muğam Mərkəzində bayram konserti keçirilib. Tədbir dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin anılması ilə başlayıb. Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov çıxış edərək sakinləri salamlayıb və bu günün əhəmiyyətini vurğulayıb. Konsertdən əvvəl "Ağdam üçün oxu" videoroliki nümayiş etdirilib, daha sonra tanınmış incəsənət ustaları və rəqs ansamblı çıxışlar ediblər.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Ağdam Şəhəri Günü münasibətilə konsert proqramı keçirilib
20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə Ağdam şəhərində silsilə tədbirlər davam edir.Oxu24.com xəbər verir ki, tədbirin davamı olaraq Ağdam Muğam Mərkəzində Azərbaycanın tanınmış İncəsənət nümayəndələrinin ifasında konsert proqramı keçirilib.Proqramdan öncə çıxış edən Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov ağdamlılar və şəhərin qonaqlarını salamlayıb. Vətən uğrunda şəhid olan soydaşlarımızın ruhunun hörmətlə anıldığını ifadə edib. E.Hüseynov bu günün özəl olduğunu, doğma yurduna dönən Ağdam sakinlərinin xoşbəxt və vətənpərvər olduqlarını dilə gətirib.Konsert proqramından öncə Ağdamdan olan tanınmış İncəsənət nümayəndələrinin "Ağdam üçün oxu" adlı videoroliki nümayiş olunub.Daha sonra Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının kollektivi və İncəsənət nümayəndələri fərdi ifaları ilə çıxış ediblər.
Tam oxu Oxu24.com saytındaDərc vaxtına görə