Ağdam Şəhəri Gününün tarixi əhəmiyyəti və rayonun azad olunması prosesi


3 mənbə əsasında
Hər il noyabrın 20-si Azərbaycanda Ağdam Şəhəri Günü kimi qeyd olunur. Birinci Qarabağ müharibəsi zamanı, 1993-cü il iyulun 23-də rayonun böyük hissəsi işğal edilmiş və nəticədə minlərlə sakin doğma yurdunu tərk etmişdi. 2020-ci ildə başlanan Vətən müharibəsindən sonra imzalanmış üçtərəfli bəyanata əsasən, həmin il noyabrın 20-də Ağdam Azərbaycana təhvil verildi. Ölkə başçısının 2023-cü ilin iyul ayında imzaladığı sərəncamla bu tarix Ağdam Şəhəri Günü kimi təsis edilmişdir.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
“Ağdam şəhər gününün təsis olunması Zəfərin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”
20 Noyabr – Ağdam Şəhəri Günüdür. Qarabağın mərkəzində yerləşən Ağdam qədim tarixi, zəngin mədəni irsi, münbit torpaqları və özünəməxsus təbiəti ilə hər zaman seçilib. Birinci Qarabağ müharibəsi dövründə Ağdam uğrunda 42 gün davam edən ağır döyüşlər 23 iyul 1993-cü ildə rayon ərazisinin böyük hissəsinin işğalı ilə nəticələndi. Ümumilikdə rayonun 1094 kvadratkilometr ərazisinin 882 kvadratkilometri, rayon mərkəzi ilə birlikdə 90 kənd işğal olundu. Təxminən 128 min Ağdam sakini doğma yurd-yuvasını tərk edərək məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Döyüşlər zamanı 6 mindən artıq insan şəhid oldu, minlərlə insan yaralandı. İşğal nəticəsində rayonun iqtisadi və sosial infrastrukturu dağıdıldı. Ağdamın məscidləri, tarixi abidələri, qəbiristanlıqları və digər mədəni irs nümunələri də vandalizmə məruz qaldı. Azərbaycan xalqı uzun illər ərzində torpaqlarımızın azad olunacağına, ərazi bütövlüyümüzün bərpa ediləcəyinə inamını bira an belə itirmədi. 2020-ci ilin payızında başlanan Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azadlığı uğrunda misilsiz qəhrəmanlıq göstərdi. 44 günlük müharibədə qazanılan tarixi Qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarıldı. 3 gün sonra - 23 noyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdamda üçrəngli bayrağımızı ucaltdı. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edildi və 20 noyabr Ağdam şəhəri günü kimi müəyyənləşdirildi. Bu qərar tarixi Zəfərin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. 2022-ci il avqustun 16-da Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan təsdiq edildi. Bu sənəd işğaldan azad olunmuş ərazilər arasında ilk təsdiqlənən şəhər baş planı kimi xüsusi əhəmiyyət daşıyır. Baş Plana əsasən, Ağdam müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulur. Şəhərdə beş
Tam oxu Adalet.az saytındaDərc vaxtına görə
