AFFA rəsmisinə UEFA-dan növbəti təyinat


AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlılığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA-dan növbəti təyinat alıb.
Offsideplus.az xəbər verir ki, bu barədə milli assosiasiyanın mətbuat xidməti məlumat yayıb.
O, qadınlar arasında Çempionlar Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində keçiriləcək "OH Leuven" (Belçika) – "HB Köge" (Danimarka) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma bu gün Belçikanın Leuven şəhərindəki "Den Dreef" stadionunda təşkil olunacaq. Görüş Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
