Adil Kərimli Yeni Dehlidə Pakistanın federal naziri ilə görüşüb


Noyabrın 21-də Yeni Dehlidə Şanxay Əməkdaşlıq Təşkilatının Sivilizasiyalararası Dialoq Forumu çərçivəsində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Pakistanın iqlim dəyişikliyi və ətraf mühitin koordinasiyası üzrə federal naziri, ölkə nümayəndə heyətinin rəhbəri Musadik Masud Malik ilə görüşüb.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Pakistan arasında humanitar və mədəniyyət sahələrində münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb.
Görüşdə Azərbaycanın COP29 çərçivəsində irəli sürdüyü «İqlim naminə mədəniyyət» («Culture for Climate») təşəbbüsü, mədəniyyətin iqlim dəyişikliyi ilə mübarizədə rolu, eləcə də mədəni irsin iqlim risklərindən qorunması sahəsində beynəlxalq əməkdaşlıq imkanları barədə məlumat verilib. Bildirilib ki, təşəbbüs dayanıqlı inkişafın və iqlim fəaliyyətinin təşviqində mədəniyyətin rolunun gücləndirilməsini nəzərdə tutur.
Dərc vaxtına görə