Azərbaycan musiqisinin 7 əfsanəvi xanımı yenidən səhnədə – VİDEO


21.11.2026 - 20:541031 dəq oxu
“Dünənimiz – bugünümüz” layihəsi təqdim olundu – Azərbaycan musiqisinin unudulmaz sənətkarları yenidən səhnədə
Doğru.az xəbər verir ki, Azərbaycan musiqi irsinin qorunması və təbliği məqsədilə hazırlanan “Dünənimiz – bugünümüz” adlı layihənin təqdimat mərasimi və media nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.
Tədbirdə çoxsaylı media qurumlarının nümayəndələri iştirak edib. Təqdimat zamanı layihənin ideyası, məqsədi, hazırlanma prosesi və musiqi konsepsiyası barədə ətraflı məlumat verilib. Həmçinin layihəni əks etdirən videoçarx nümayiş olunub.
Layihənin əsas məqsədi Azərbaycan musiqi tarixində özünəməxsus yeri olan yeddi görkəmli xanım sənətkarın yaradıcılığını yenidən gündəmə gətirmək, onların unudulmaz ifalarını xatırlatmaq və zəngin musiqi irsini müasir auditoriyaya tanıtmaqdır.
Bu məqsədlə Yavər Kələntərli, Fatma Mehrəliyeva, Nərminə Məmmədova, Şövkət Ələkbərova, Rübabə Muradova, Sara Qədimova və Zeynəb Xanlarovanın repertuarına müraciət olunub.
DOĞRU.AZ
