Adebayo və Antetokounmpo tarixi göstəriciyə imza atdı


NBA Kubokunda "Mayami Hit" və "Klivlend Kavalers" arasında keçirilən qarşılaşmada Bam Adebayo və Yannis Antetokounmpo möhtəşəm çıxışları ilə yadda qalıblar.
Offsideplus.az xəbər verir ki, Adebayo 37 xal və 14 ribaundla, 19 atışdan 13-nü dəqiq yerinə yetirməklə, 3 üçlükdən 2-ni və 10 cərimə atışından 9-nu dəqiq atmaqla fərqlənib. Antetokounmpo isə 37 xal və 9 ribaund toplayıb, 20 atışdan 15-ni, 2 üçlükdən 1-ni və 11 cərimə atışından 6-nı dəqiq yerinə yetirib. Onlar "Mayami Hit" tarixində LeBron Ceyms və Dveyn Ueyddən sonra bir matçda hərəsi ən azı 35 xal toplayan ikinci duet olublar. "Mayami Hit" bu oyunda "Klivlend Kavalers"i 133:121 hesabı ilə məğlub edib.