Ad gününə istefa “hədiyyəsi”


İngiltərənin “Blekpul” klubu baş məşqçi İen Evattla yollarını ayırıb.
Sportify.az xəbər verir ki, qərar mütəxəssisin 45 yaşını qeyd etdiyi gün açıqlanıb.
Maraqlı məqam ondan ibarətdir ki, klub rəhbərliyi istefa xəbərindən cəmi bir neçə saat əvvəl sosial şəbəkədə Evattı ad günü münasibətilə təbrik edib.
“Baş məşqçimiz İen Evattı doğum günü münasibətilə təbrik edirik! Gününüz xoş keçsin, məşqçi!” – deyə klubun paylaşımında bildirilib.
Lakin yeddi saat sonra “Blekpul” rəsmi açıqlama yayaraq mütəxəssisin 12 aylıq fəaliyyətindən sonra vəzifəsindən ayrıldığını elan edib. Jurnalist Entoni Cozef isə klubun iki paylaşımı arasındakı ziddiyyətə diqqət çəkərək hadisəni ironik şəkildə şərh edib.
1 mənbə
