Abşeron Rayon Mərkəzi Xəstəxanasında inzibati işlər üzrə direktor müavini ilə bağlı müraciət yayılıb


4 mənbə əsasında
Abşeron Rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsində müalicə alan I dərəcəli əlil vətəndaş Vüqar Sadıqov ölkə rəhbərliyinə müraciət ünvanlayıb. Müraciətdə xəstəxananın rəhbərliyi və tibb heyətinin işindən razılıq ifadə olunsa da, inzibati işlər üzrə direktor müavini Orxan Ənvərlinin onunla bağlı qanunsuz hərəkətlərə yol verdiyi iddia edilir. Vətəndaş şöbədəki mövcud təsərrüfat problemləri barədə irad bildirdiyini qeyd edib. Hadisə ilə bağlı baş verənlər rəsmi müraciətdə əksini tapıb.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Abşeron Rayon Mərkəzi Xəstəxanasında qalmaqal! - MÜRACİƏT
İnzibati işlər üzrə direktor müavini Orxan Ənvərli əlil arabasına ömürlük məhkum olunmuş I dərəcəli əlilliyi olan şəxsi döyməyə cəhd edib! "Mən, Vüqar Sadıqov, I dərəcəli əlilliyi olan və əlil arabasında hərəkət edən vətəndaşam. 16.11.2026-cı il tarixindən Abşeron Mərkəzi Xəstəxanasının terapiya şöbəsində stasionar müalicə alıram..." "DİA-AZ" xəbər verir ki, bu barədə ölkə rəhbərliyinə ünvanlanmış müraciətdə deyilir. Müraciətdə daha sonra bildirilir: "Əvvəlcə qeyd etmək istəyirəm ki, xəstəxananın direktoru Hacı həkimdən, baş həkim Rafiq həkimdən, Terapiya şöbəsinin müdiri Rəsmiyyə həkimdən, həmin şöbənin bütün əməkdaşlarından və həkimlərindən, eləcə də müalicə həkimim Elçin həkimdən çox razıyam. Onların xəstələrə münasibətini, diqqət və qayğısını yüksək qiymətləndirirəm.Onlar hər gün səhər saatlarında xəstələrin vəziyyəti və problemləri ilə maraqlanır, öz vəzifə borclarını vicdanla yerinə yetirirlər. Lakin eyni sözləri xəstəxananın İnzibati işlər üzrə müavini Orxan Ənvərli barədə deyə bilmərəm. Məqsədim qanun çərçivəsində haqqın yerini tapması, mövcud çatışmazlıqların aradan qaldırılması və ədalətin bərpa olunmasıdır. 20.11.2026-cı il tarixində səhər baxışı zamanı mən xəstə çarpayısında uzanmış vəziyyətdə olarkən və qoluma sistem köçürülərkən, xəstəxananın rəhbərliyinə terapiya şöbəsindəki mövcud inzibati və təsərrüfat problemləri ilə bağlı qanuni iradlarımı bildirdim: Terapiya şöbəsində yemək stullarının çatışmazlığı səbəbindən xəstələr böyük çətinlik çəkir, məcburiyyətdən bir stulda iki xəstə əyləşərək yemək yeyir; Yağış yağarkən xəstəxananın üçüncü mərtəbəsinin dəhlizlərinə su yığılır, dəhlizlər su altında qalır, sanitariya işçiləri əziyyət çəkir və suyu yığmaq üçün yerə mələfələr sərilir. Mən bu problemləri qeyd etdikdə İnzibati işlər üzrə müavin Orxan Ənvərli heç bir əsas olmadan məni "şər-böhtan atmaqda" ittiham etdi. Bildirdim ki, haqqı demək və şöbədəki real vəziyyəti söyləmək şər-böhtan deyil; inzibati işlər üzrə müavin öz vəzifə öhdəliklərini icra etmi
Tam oxu Realnews.az saytındaDərc vaxtına görə
Realnews.azoxuduğunuz
Abşeron Rayon Mərkəzi Xəstəxanasında qalmaqal! - MÜRACİƏT