ABŞ və Venesuela hərbi əməkdaşlığı bərpa edir: 21 illik fasiləyə son qoyulur


ABŞ və Venesuela arasında uzun müddətdir dayandırılmış hərbi əməkdaşlığın bərpası istiqamətində mühüm razılaşma əldə olunub. Yeni sənəd iki ölkə arasında təhlükəsizlik əlaqələrinin yenidən qurulmasına imkan yarada bilər.
Plat.az-ın MercoPress-ə istinadən xəbər verir ki, ABŞ müdafiə naziri Pit Heqset Karakasa gözlənilməz səfəri zamanı Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigeslə görüşüb. Səfər çərçivəsində ABŞ və Venesuela arasında hərbi əməkdaşlıq haqqında razılaşma imzalanıb. Bu, Pentaqon rəhbərinin 3 yanvar 2026-cı il tarixli ABŞ hərbi əməliyyatından sonra Venesuelaya ilk səfəridir. Razılaşma 2005-ci ildə Uqo Çaves hakimiyyəti dövründə dayandırılmış hərbi əlaqələrin bərpasını nəzərdə tutur. Əməkdaşlığın təhlükəsizlik, hərbi təlimlər və müdafiə sahəsində koordinasiyanı əhatə edəcəyi bildirilir. Yeni razılaşma iki ölkə arasında siyasi münasibətlərin dəyişən istiqamətini nümayiş etdirir. Bununla belə, tərəflərin gələcək əməkdaşlığının konkret miqyası və tətbiq mexanizmləri barədə əlavə məlumatların açıqlanması gözlənilir.
Dərc vaxtına görə
