ABŞ və Avropa ölkələri İrandan nüvə obyektlərinə müfəttişlərin buraxılmasını tələb etdi


ABŞ, Böyük Britaniya, Fransa və Almaniya İranı zərbələrə məruz qalmış nüvə obyektlərinə beynəlxalq müfəttişlərin yenidən daxil olmasına icazə verməyə çağırıb.
Xitab24.az “Reuters”ə istinadən xəbər verir ki, ölkələr Beynəlxalq Atom Enerjisi Agentliyinin Rəhbərlər Şurasının iclasında Tehranın nüvə obyektlərinə nəzarətin bərpasına mane olduğunu bildiriblər. İran isə belə yoxlamaların gələcək hərbi hücumlar üçün kəşfiyyat məlumatlarının əldə edilməsinə şərait yarada biləcəyindən narahatlığını ifadə edib.
1 mənbə
