ABŞ Ukraynanın NATO üzvlüyünü ərazi güzəştləri müqabilində təklif edib – WSJ


20.11.2026 - 19:09
ABŞ Ukraynanın NATO-ya üzvlüyü müqabilində Rusiyaya ərazi güzəştləri etməsi ilə bağlı variantları müzakirəyə çıxarıb.
İNFOAZ.MEDİA xəbər verir ki, “Wall Street Journal”ın (WSJ) məlumatına görə, ABŞ Prezidenti Donald Trampın nümayəndələri Cared Kuşner və Stiv Uitkoff iki mümkün ssenarini müzakirə ediblər.
Birinci variant Ukraynanın Donbasın hələ də nəzarətində saxladığı hissəsindən imtina etməsi müqabilində NATO-ya üzvlüyünü nəzərdə tutur. İkinci variant isə cəbhə xəttinin mövcud mövqelərdə dondurulması və bunun əvəzində Qərbin təhlükəsizlik zəmanətlərinin verilməsidir.
Məlumata görə, Rusiya Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxır, Almaniya isə bu məsələdə tərəddüd edir.
Ukrayna Prezidenti Volodimir Zelenski isə ölkəsinin ərazilərindən imtina etməyəcəyini bildirib.
Rauf
1 mənbə