ABŞ prezidenti İranla münaqişənin həlli üçün Rusiya və Çindən kömək istəməyəcəyini bildirib


ABŞ prezidenti Donald Tramp Vaşinqtonla Tehran arasındakı münaqişənin həlli üçün heç kimdən, o cümlədən Moskva və Pekindən kömək istəmək niyyətində olmadığını açıqlayıb.
Ordu.az xəbər verir ki, bu barədə Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.
“Bizim heç kimin köməyinə ehtiyacımız yoxdur. Onlar (İran tərəfi) razılaşma əldə etmək istəyirlər”, - deyə Tramp İranla münaqişəni başa çatdırmaq üçün Rusiyadan və Çindən kömək istəyib-istəməyəcəyi barədə jurnalistin sualını cavablandırarkən bildirib.
Tramp cümə axşamı günün ikinci yarısında ABŞ, Çin və Rusiya liderlərinin üçtərəfli görüşünün keçirilməsinin gözlənildiyi Şençjendədir.
Amerika liderinin sözlərinə görə, Tehran Vaşinqtona “çox yaxşı münasibət bəsləyir”.
“Onlar atəş açmayıblar. Gəmiləri batırmayıblar”, - deyə Tramp vurğulayıb.
O, ABŞ-nin İran donanmasını, aviasiyasını və ordusunu “darmadağın etdiyini” bir daha bəyan edib. Həmçinin Hörmüz boğazı üzərində tam nəzarətin hazırda ABŞ-nin əlində olduğunu bildirib.
Sevinc Əliyeva Ordu.az
Dərc vaxtına görə
