ABŞ Milli Təhlükəsizlik Agentliyinin məxfi şəbəkəsi fəaliyyətini dayandırıb


18 Noyabr 2026 16:59
75
DÜNYA
ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) daxili əlaqə üçün nəzərdə tutulmuş məxfi “NSA Net” şəbəkəsi fəaliyyətini dayandırıb. CNN telekanalının mənbələrə istinadən yaydığı məlumata görə, bu şəbəkə qurum əməkdaşlarının öz aralarında məxfi informasiya mübadiləsi aparmasına imkan verir. Telekanal bildirir ki, baş vermiş nasazlığa vaciblik dərəcəsinə görə ikinci səviyyə - “sarı kod” statusu verilib və çərşənbə axşamına olan məlumata əsasən, sistemlərin bərpası işləri hələ də davam edib. Agentlikdən isə bəyan ediblər ki, qarşıya qoyulan tapşırıqların icrası üçün kritik əhəmiyyət daşıyan imkanlar işlək vəziyyətdə qalır. ABŞ Milli Kəşfiyyatının rəhbəri Cey Kleyton “Fox Business” kanalının efirində insidentin səbəbinə aydınlıq gətirərək qeyd edib ki, “PHP 9059042”proqramlaşdırma dilindəki boşluqları aradan qaldırmaq üçün quraşdırılan yenilənmədən sonra sistemlərin bir hissəsi lazımi qaydada yenidən işə düşməyib. Nasazlığın kibercücum nəticəsində baş verdiyinə dair heç bir əlamət aşkarlanmayıb. CNN-in mənbələrinin sözlərinə görə, “NSA Net” şəbəkəsindəki problemlər “Five Eyes” kəşfiyyat alyansı çərçivəsində məlumat mübadiləsinə və hazırda Çinə səfəri ərəfəsində Asiya turnesində olan ABŞ Prezidenti Donald Trampa təcili kəşfiyyat məlumatlarının ötürülməsinə mane olmayıb.
Yasəmən MUSAYEVA,
“Azərbaycan”
Digər Xəbərlər
Faydalı linklər
ÇOX OXUNANLAR
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
TƏQVİM / ARXİV
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu. Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu. Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir! Hələ də dünyada ədalətsizliklər mövcuddur! Hələ də dünyada ikili standartlar var! Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir! Odur ki, biz daima güclü olmalıyıq. Güclü olmağın əsas şərti isə bizim birliyimizdir! Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq. Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq. Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik. Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir. Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!
Dərc vaxtına görə
Azərbaycan qəzetioxuduğunuz
ABŞ Milli Təhlükəsizlik Agentliyinin məxfi şəbəkəsi fəaliyyətini dayandırıb
