ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ administrasiyasının kompüter çiplərinin Çinə qanunsuz tədarükündə şübhələndiyi Sinqapurun "Megaspeed" şirkətinə və onunla əlaqəli strukturlara qarşı ixrac məhdudiyyətləri tətbiq edilib.
"Report" xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyinin bildirişində deyilir.
Məhdudiyyətlər yeddi hüquqi şəxsə şamil ediləcək. Bunlar Sinqapurun "Megaspeed International", "Apex Enterprise Solutions", "Swiftdata", Malayziyanın "MSFusion", "PT Megaspeed International", "Speedmatrix" şirkətləri, eləcə də Taylandda yerləşən "Megaspeed (Thailand) Co." şirkətidir. Sözügedən şirkətlər xüsusi lisenziya olmadan ABŞ tədarükçülərindən bu və digər məhsulları ala bilməyəcək.
ABŞ hakimiyyəti "Megaspeed"i Amerikanın iri "Nvidia" şirkətinin istehsalı olan və süni intellekt sahəsində tətbiq edilən ən yeni kompüter çiplərinin Çin tərəfinə qanunsuz tədarükündə şübhəli bilir. "Megaspeed"in rəhbəri əvvəllər "Nvidia"nın baş direktoru Censen Huanq ətrafındakı qalmaqala qarışmış Elis Huanq olub.
