ABŞ İranın neft daşımalarına nəzarəti sərtləşdirdi


ABŞ İranın dəniz yolu ilə neft ixracını məhdudlaşdırmaq məqsədilə yeni xəbərdarlıq yayıb.
Xitab24.az Al Jazeera telekanalına istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı İran yüklərini dənizdə başqa gəmilərdən qəbul edən tankerlərin də blokadanı pozmuş hesab edilə biləcəyini açıqlayıb.
Ekspertlər bu addımın regionda hərbi gərginliyi artırmaqla yanaşı, beynəlxalq enerji bazarına da təsir göstərə biləcəyini bildirirlər.
