ABŞ İrana qarşı hərbi əməliyyata hazırlaşır? Regionda qüvvələrini artırır-
.jpg)
.jpg)
18:21 Siyasət
ABŞ Hərbi Dəniz Qüvvələrinin "USS Theodore Roosevelt" aviadaşıyıcısı Mərkəzi Komandanlığın (CENTCOM) məsuliyyət zonasına daxil olub və Yaxın Şərqə regionundakı Amerika hərbçilərinin mövcudluğunu üç aviadaşıyıcı zərbə qrupuna çatdırıb. Təyyarədaşıyan gəmi minlərlə əlavə hərbçini də regiona gətirib. Hazırda Ərəbistan dənizində ABŞ-ın üç təyyarədaşıyan gəmisi, 13 esminesi, iki kreyseri və bir sahil döyüş gəmisi yerləşir. "Theodore Roosevelt" bölgədəki "USS George H.W. Bush" və "USS George Washington" gəmilərinə qoşulub.
Çində keçiriləcək üçtərəfli görüşdən sonra ABŞ İranı vura bilərmi? Yoxsa bir belə donanmanı Yaxın Şərqə niyə yığsın ki? Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib:
"Düşünürəm ki, ABŞ bu görüşlərdə maksimum şəkildə Çin və Rusiyaya təzyiq göstərməyə çalışacaq. Burada əsas məsələ nədir? Təzyiq göstərmək mexanizmlərindən söhbət gedir. ABŞ çalışır ki, sübut etsin: ya onlar İranı məcbur etsinlər ki, ABŞ-ın istəklərinə uyğun siyasi və iqtisadi addımlar atsın, ya da əks halda bu, böyük münaqişəyə səbəb olacaq. Bu münaqişə baş verərsə, İran üçün daha böyük dağıntılar və daha ağır məhrumiyyətlər yarana bilər. Məhz İranı qorxutmaq, eyni zamanda İranın mövqeyini zəiflətmək və ya onun müəyyən məsələlərdə geri çəkilməsinə nail olmaq üçün ABŞ hərbi gəmilərinin Körfəzə cəmləşdirilməsi İran rəhbərliyinə vəziyyətin ciddiliyini göstərir. Artıq yaxın zamanda ABŞ-ın bu zərbələri yeniləyə biləcəyi ilə bağlı məlumatlar da dolaşır. Eyni zamanda, İsrailin Baş naziri Benyamin Netanyahu da hazırda kritik vəziyyətdədir. Onun davamlı olaraq Trampa hücumlarla bağlı, hərbi əməliyyatların həyata keçirilməsi ilə bağlı təzyiq göstərdiyinə dair məlumatlar var. Biz bu məlumatları da izləyirik. Digər tərəfdən, ABŞ-ın özündə də İranın təxribat törədəcəyi və Vaşinqtonun buna cavab verəcəyi ilə bağlı müəyyən məlumatlar dolaşır. Hətta Yaponiyada ABŞ və İsrail tərəfindən saxta bayraq əməliyyatının həyata keçirilməsi ilə bağlı məlumatların yayılması barədə də iddialar var. Lakin bunların nə dərəcədə real olduğu hələ məlum deyil. Bütün bunların fonunda düşünürəm ki, İrana qarşı növbəti hərbi əməliyyatın keçirilməsi tamamilə mümkündür. Hətta növbəti hərbi əməliyyat zamanı İrana qarşı çox sərt zərbələr endirilə, yeni hərbi vasitələrdən istifadə oluna bilər. Digər ehtimal isə belə bir görüntünün yaradılmasıdır ki, diplomatik müstəvidə Çin və Rusiyaya, yaxud İrana qarşı müəyyən güzəştlərə və ya addımlara nail olunsun. Aydın məsələdir ki, burada məqsəd ya bu ölkələri qorxutmaq və müəyyən addımlar atmağa məcbur etmək, ya da bu cəhdlər nəticə vermədiyi təqdirdə ABŞ-ın növbəti hərbi əməliyyata əl atması ola bilər".
Zeynəb Mustafazadə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
1 mənbə
