ABŞ-İran gərginliyi artır: Müctəba Xameneidən raketli mesaj

ABŞ-İran gərginliyi fonunda İranın dini lideri Müctəba Xamenei raket və saat təsvirinin əks olunduğu paylaşım edib.
Xamenei hücum olacağı təqdirdə dərhal cavab verilməsi barədə mesaj yayıb.
Məlumata görə, ABŞ və İran arasında gərginlik artmaqda davam edir. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Bəhreynə yönələn dron hücumunun heç bir zərər vermədən qarşısının alındığını bildirib. Qurumun “X” sosial şəbəkəsindəki açıqlamasında İran tərəfindən Bəhreyn istiqamətində buraxılan çoxsaylı hücum dronlarının ABŞ texnikasına zərər vermədən və hərbçiləri yaralamadan zərərsizləşdirildiyi qeyd olunub.
CENTCOM və müttəfiqlərinin mümkün hücumlara qarşı hazır vəziyyətdə olduğu da vurğulanıb.
Bəhreyn ordusu İran tərəfindən həyata keçirildiyi bildirilən bir sıra hava hücumlarının ölkənin hava müdafiə sistemləri tərəfindən dəf edildiyini açıqlayıb.
Abunəlik
Dərc vaxtına görə
