ABŞ-dən olan legioner Azərbaycan klubunda


Şriftin ölçüsü:
18.11.2026 14:12
"Gəncə" komandası heyətinə yeni basketbolçu cəlb edib.
Futbolxeber.az saytının məlumatına görə, klub ABŞ-dən olan Donovan Donaldsonla mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalayıb.
30 yaşlı oyunçu Şimali Makedoniya, Macarıstan, Almaniya, Yunanıstan, Finlandiya və Fransada çıxış edib. O, son olaraq Kiprin "Keravnos" klubunun formasını geyinib.
