Azərbaycan və ABŞ universitetləri arasında aqrar təhsil sahəsində əməkdaşlıq müzakirə olunub


3 mənbə əsasında
Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-yə işgüzar səfəri çərçivəsində Oklahoma Dövlət Universitetinin rəsmiləri ilə görüş keçirib. Danışıqlar zamanı Azərbaycan Dövlət Aqrar Universiteti ilə ABŞ ali məktəbi arasında aqrar təhsil, elmi-tədqiqat və tələbə mübadiləsi istiqamətində birgə layihələr nəzərdən keçirilib. Tərəflər 2026-cı ildə Strateji Tərəfdaşlıq Sazişinin yenilənməsini və ikili magistr proqramı üzrə memorandumun imzalanmasını planlaşdırırlar. Həmçinin seçilmiş tələbələrin 2027-ci ilin sentyabrında həmin universitetdə təhsilə başlaması nəzərdə tutulur.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
ABŞ-də aqrar təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlıq imkanları müzakirə olunub
Bakı, 21 noyabr, AZƏRTAC Amerika Birləşmiş Ştatlarına işgüzar səfər zamanı kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Oklahoma Dövlət Universitetinin (OSU) Kənd Təsərrüfatı Elmləri və Təbii Ehtiyatlar Bölməsinin vitse-prezidenti Ceyson Lask və OSU Global-ın dekanı Rendi Kluver arasında görüş keçirilib.Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, nazir Məcnun Məmmədov Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Oklahoma Dövlət Universiteti (OSU) arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, aqrar təhsil və elmi-tədqiqat sahəsində birgə fəaliyyətin, müasir texnologiyaların tətbiqinin, eləcə də tələbə və mütəxəssis mübadiləsinin genişləndirilməsinin vacibliyini qeyd edib. O, 2026-cı ildə Strateji Tərəfdaşlıq Sazişinin yenilənməsi və ikili magistr proqramının həyata keçirilməsinə dair Fəaliyyət Memorandumunun imzalanması barədə məlumat verib. Hazırda proqram üzrə seçim prosesi davam edən beş tələbənin 2027-ci ilin sentyabrında Oklahoma Dövlət Universitetində təhsilə başlaması nəzərdə tutulur. Nazir, həmçinin torpaq və su ehtiyatlarının idarə olunması, heyvandarlıq genetikası və digər aqrar istiqamətlərdə birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi imkanlarına toxunub. Görüşdən sonra nümayəndə heyəti universitetin elmi-tədqiqat infrastrukturu ilə tanış olub, bitkiçilik, torpaq və su ehtiyatlarının idarə olunması, heyvandarlıq və yem bitkiləri sahələrində aparılan tədqiqatlar barədə məlumat alıb. Nümayəndə heyəti, həmçinin Langston Universitetinin nümayəndələri ilə görüş keçirib. Görüşdə aqrar təhsil, elmi-tədqiqat sahəsində əməkdaşlıq, təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsi imkanları müzakirə olunub. Həmçinin Robert M. Kerr adına Qida və Kənd Təsərrüfatı Məhsulları Mərkəzinə (FAPC) səfər çərçivəsində kənd təsərrüfatı məhsullarının emalı, keyfiyyət və təhlükəsizliyinin təmin edilməsi, innovativ texnologiyaların tətbiqi və məhsullar
Tam oxu AZƏRTAC saytındaDərc vaxtına görə

Teleqraf.az+2 mənbə