ABŞ-dan İran nüvə silahı ittihamı


İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai ABŞ-ın Tehranın bioloji və kimyəvi silah hazırlaması ilə bağlı ittihamlarını şərh edib.
Publika.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Bəqai ABŞ-ın kimyəvi silah hazırlanması ilə bağlı ittihamlarına cavab verərək vurğulayıb ki, Vaşinqton bu cür bəyanatlarla hərbi müdaxilə üçün bəhanə yaratmağa çalışır.
“Doğrudanmı, amerikalı rəsmilər dünyanın 2003-cü ildə BMT Təhlükəsizlik Şurasında Kolin Pauellin məşhur çıxışını unutacağını düşünürlər? Həmin vaxt o, İraqın kütləvi qırğın silahlarından qaynaqlandığı iddia edilən təhlükənin “əyani sübutu” kimi kiçik bir sınaq şüşəsi nümayiş etdirmişdi”, — deyə o xatırladıb.
Diplomat əlavə edib ki, bu hadisə müasir tarixdə kəşfiyyatın ən böyük uğursuzluqlarından və siyasi aldatma nümunələrindən biri olub. Onun fikrincə, hazırkı vəziyyət də eyni ssenari üzrə inkişaf edir.
Daha əvvəl Pentaqonun nümayəndəsi Artur Miller İranla münaqişənin ABŞ-a 48,3 milyard dollara başa gəldiyini bildirib. Bu məbləğə döyüş sursatlarının alınması, hərbi texnikanın əvəzlənməsi və əməliyyatların keçirilməsi xərcləri daxildir.
Hüseyn İbadlı
Report+5 mənbə